16 
Yan
2017
17:38
258
33
6697
Virtual karabakh

Göygöl Milli Parkının direktoru cəzalandırıldı – VİDEO

16 Yan, 2017
17:38
6697

Göygöl Milli Parkının direktoru cəzalandırıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maralgöldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Göygöl Milli Parkının Maralgöl ərazisində yanvarın 3-də müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsilə yayılan görüntüləri dərhal nazirliyin əməkdaşları tərəfindən təhlil edilib və qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.

Nazirlikdən bildirilib ki, qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimə edilib.

Eyni zamanda, Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.
Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri