16 
Yan
2017
18:40
34
82
4577
Virtual karabakh

Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin sayı açıqlanıb

16 Yan, 2017
18:40
4577

Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda ötən il ikili vətəndaşlığı olan şəxs 7956 müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılır”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ötən ilin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

O bildirib ki, hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib: “Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış Readmissiya Sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilən bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olması müəyyənləşdirilən 120 şəxsin readmissiyası həyata keçirilib”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri