16 
Yan
2017
23:13
7
279
2999
Virtual karabakh

Azərbaycanda neçə neftçi iş başında həyatını itirib?

16 Yan, 2017
23:13
2999

Azərbaycanda neçə neftçi iş başında həyatını itirib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial  və mülki hüquqlar üzrə qanunvericiliyin icra  vəziyyətinin qiymətləndirilməsini əhatə edən 2016-cı ilin yekunları üzrə hesabat hazırlayıb.

Oxu.Az Caspian Barrel -a istinadən xəbər verir ki, son 7 il ərzində Azərbaycan Respublikasının hasilat sənayesində həlak olan işçilərin sayı 130 nəfər olub. 

Həlak olmalar üzrə 2010-2016-cı illlərdə ən aşağı göstərici 2013-cü ildə qeydə alınıb: cəmi 6 nəfər. Neft sənayesi üçün insan itkisi üzrə nəinki bu baxılan zamanda, ümumiyyətlə müstəqillik illərində ən uğursuz il 2015-ci il olub – 37 nəfər.  Həmin il təkcə bir gün ərzində – dekabrın 4-də baş verən qasırğa nəticəsində Günəşli yatağındakı platformada 30 nəfər, Neft Daşları yatağında isə 3 nəfər neftçi həlak olub.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hesabatında bildirir ki, həlak olanların 80%-i  SOCAR işçiləri, digərləri xarici neft şirkətlərinin və podratçı şirkətlərin işçiləridir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri