16 
Yan
2017
21:02
87
59
19806
Virtual karabakh

“Təfəkkür” universiteti niyə bağlandı? – AÇIQLAMA

16 Yan, 2017
21:02
19806

“Təfəkkür” universiteti niyə bağlandı? – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Bu barədə Təhsil Nazirliyi rəsmi açıqlama yayıb.

“Təfəkkür” Universiteti isə Təhsil Nazirliyi tərəfindən fəaliyyətinin dayandırılmasını inkar edib. 

Oxu.Az xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev Modern.az-a açıqlamasında belə bir xəbərin doğru olmadığını  deyib.

“Təfəkkür” Universitetinin fəaliyyəti dayandırılmayıb. Bizə bu barədə heç bir bildiriş gəlməyib. Məlumat yanlışdır. Universitetin rektor vəzifəsini icra edən Rahim Hüseynov hal-hazırda yas yerindədir. Belə bir məlumatdan da xəbəri yoxdur”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında universitet rəhbərliyinin inkar xəbərinə belə aydınlıq gətirib.

“Ötən ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Universitetin fəaliyyətini biz dayandırmamışıq. Onların öz Təsisçilər Şurası dayandırıb.

Rəsmi məlumatda bu, açıq şəkildə qeyd olunur. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə  İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Təhsil Nazirliyinin mövqeyi və məqsədi budur ki, orada təhsil alan tələbələrin hüquqları qorunsun və mənafeyi təmin olunsun.

Universitet tələbələrinin təhsilinin davam etdirilməsi üçün, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri