16 
Yan
2017
22:38
11
249
4697
Virtual karabakh

Bakıda baş vermiş ana ölümünün ilkin səbəbi açıqlandı

16 Yan, 2017
22:38
4697

Bakıda baş vermiş ana ölümünün ilkin səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunda baş vermiş ana ölümü ilə bağlı məlumat yayıb. 

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı vaxtı çatmış 39 həftəlik hamiləliklə, uşaqlıq qanaxması, ölü döl diaqnozu və 4-cü dərəcəli şokla qohumları tərəfindən Mərdəkandakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib.
 
Onun sözlərinə görə, mərhum evdə çoxlu qan itirib: 

“Yanvarın 14-ü səhər saat 06.00 radələrində xəstə təxirəsalınmaz əməliyyata götürülüb. Lakin əməliyyatın gedişi zamanı, aparılan reanimasiya tədbirlərinə baxmayaraq 06.25-də xəstənin ürək fəaliyyəti dayanıb. Meyit təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılıb, nəticələri barədə yaxın vaxtlarda məlumat veriləcək”. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri