16 
Yan
2017
22:55
301
105
26597
Virtual karabakh

Bakıda qadın doğuşa qədər hamilə olduğunu bilməyib – VİDEO

16 Yan, 2017
22:55
26597

Bakıda qadın doğuşa qədər hamilə olduğunu bilməyib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qeyri adi hadisə yaşanıb.

Oxu.Az-ın xezerxeber-ə istinadən məlumatına görə, 39 yaşlı qadın doqquz ay boyunca hamiləliyindən xəbərsiz olub. 

Nailə Ramazanova nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.

Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın doqquz ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.

Ana iki səbəbdən hamiləliyindən məlumatsız olub. Belə ki, Nailə xanım bir müddət əvvəl ginekoloji problem yaşadıyıb və xəstəliyin davam etdiyini düşünüb, eyni zamanda qadının çəkisi onun hamiləliyini gizlədib.

Doqquz ay müddətində varlığından heç kimin xəbəri olmasa da hazırda ananın da, körpənin də vəziyyəti yaxşıdır. 

“Qafqazinfo” saytının əldə etdiyi məlumata görə, ailənin digər iki uşağı ali məktəbdə oxuyur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri