17 
Yan
2017
11:21
16
77
2885
Virtual karabakh

“Təfəkkür” Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı yaradılan qrupun tərkibi açıqlandı

17 Yan, 2017
11:21
2885

“Təfəkkür” Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı yaradılan qrupun tərkibi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupun tərkibi açıqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov İşçi qrupun sədri, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru Rahim Hüseynov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi Nərgiz Qaraxanova, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun aparıcı məsləhətçisi Rəşad Əliyev, Təhsil Nazirliyinin Hüquq şöbəsinin Normativ-hüquqi təminat sektorunun məsləhətçisi Aygün Məmmədzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin fakültə dekanı Elçin Yusifzadə, Azərbaycan Texniki Universitetinin dosenti Rauf Məmmədov isə üzvləri təyin olunublar.

İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala və ixtisaslarına uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etməsi tapşırılıb.

Əmrə əsasən, 2016-2017-ci tədris ilində “Təfəkkür” Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplomların verilməsi təmin ediləcək.

İşçi qrupunun sədrinə qrupun fəaliyyətinə əlavə əməkdaşları cəlb etmək səlahiyyəti də verilib.

“Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun formalaşdırılması üçün 2 ay vaxt verilib.

Qeyd edək ki, “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri