17 
Yan
2017
16:40
291
26
6674
Virtual karabakh

Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb – YENİLƏNİB

17 Yan, 2017
16:40
6674

Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən bütün günü məktəbdə olmuşam”

Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Şəmkir Rayonu Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov deyib.

O, Şəmkir Rayon Təhsil Şöbəsinin onunla bağlı verdiyi qərardan xəbərsiz olduğunu bildirib:

“Məni işdən kim çıxarıb? Nə vaxt çıxarıblar? Mənə bu barədə məlumat verməyiblər. 

Heç nədən xəbərim yoxdur. Bütün günü məktəbdə olmuşam.”

Şəmkir rayon Təhsil Şöbəsi Seyfəli kənd orta məktəbinin direktoru Akf Namazovu əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən kənarlaşdırılıb. Bundan əlavə, direktorun işi araşdırılması üçün Baş Prokurorluğa göndərili

15:37

Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir rayon Seyfəli kənd tam orta məktəbi ilə bağlı dərc olunmuş məlumatlarla əlaqədar apardığı araşdırma başa çatıb.

Şəmkir Rayon Təhsil Şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, araşdırmanın nəticəsi olaraq, orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd tam orta məktəbinin laborantı Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktoru Akif Namazovu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında X.Əliyevanın seks videosuna görə işdən uzaqlaşdırıldığını bildirib. Bu hadisə ictimaiyyət arasında ciddi rezonansa səbəb olub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri