19 
Yan
2017
11:59
8
102
2078
Virtual karabakh

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

19 Yan, 2017
11:59
2078

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin İnsan haqları komitəsinin iclasında “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 9.1-ci maddədə informasiya sahibləri sırasına publik hüquqi şəxsləri də əlavə edilir. Bununla da həm hüquqi, həm fiziki, həm də publik hüquqi şəxslər olur. 29-cu və 37-ci maddədə “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər” sözünə “ictimai funksiyaları yerinə yetirən publik hüquqi şəxslər” sözü əlavə edilir. Keçid müddəalarına da hüquqi şəxslərlə yanaşı, publik hüquqi şəxslər sözü əlavə olunur. Bu keçid müddəaları internet informasiya ehtiyatlarının yaradılması müddəti ilə bağlıdır.

Bildirilib ki, dəyişikliklərin məqsədi publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsində fəaliyyətinin tənzimlənməsindən ibarətdir.

Layihə plenar iclasa tövsiyə olunub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri