20 
Yan
2017
20:45
27
414
7728
Virtual karabakh

Şahdağa istirahətə gedən ailə qəzaya düşdü

20 Yan, 2017
20:45
7728

Şahdağa istirahətə gedən ailə qəzaya düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri sakini, 1981-ci il təvəllüdlü, Əfəndiyev Rəşid Fərhad oğlu həyat yoldaşı və iki övladı ilə Şahdağa istirahətə gedərkən Qusar rayonu Çiləgir kəndi ərazisində yolun sürüşkən olması səbəbindən avtomobili ilə qəza törədib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə çağırılan təcili tibbi yardım vasitəsilə Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilən R.Əfəndiyevə “kəllə əsasının sınığı” diaqnozu qoyulub.

O, tibbi sığortalı olduğundan müalicəsini davam etdirmək üçün öz istəyi ilə özəl klinikalarda birinə göndərilib.

Məlumata görə, hadisə zamanı avtomobildəki digər sərnişinlər xəsarət almayıb.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri