21 
Yan
2017
09:42
328
46
23406
Virtual karabakh

ANS-in keçmiş aparıcısı ölkəni tərk edir

21 Yan, 2017
09:42
23406

ANS-in keçmiş aparıcısı ölkəni tərk edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ANS-ın keçmiş aparıcısı Amil Hacıyev ölkədən gedir.

Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, o, ölkədən gedəcəyi haqqında məlumatı öz “Facebook” hesabında paylaşıb. Amil yazıb:

“Mən Gürcüstan vətəndaşıyam. Artıq 33 yaşım var. Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim. Məqsədim bundan sonra siyasətə qoşulub, 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etməkdir. Allah hamımızın yar və yardımçısı olsun.

P.S. Tam səmimi deyim. Bakı artıq mənə o qədər doğma gəlmir. İlk dəfə idi ki, 25 il yaşadığım şəhərdə darıxır və sıxılırdım. Borçalıma gedirəm. O saf havalı, sulu torpağa...”.

Qeyd edək ki, Amil ANS-də televiziyanın idman xəbərləri departamentinin rəisi vəzifəsində çalışıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri