21 
Yan
2017
13:06
13
174
2098
Virtual karabakh

Zaqatalada poliklinikada yanğın olub

21 Yan, 2017
13:06
2098

Zaqatalada poliklinikada yanğın olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada diş poliklinikasının binasında yanğın olub. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının şəhərin C.Cabbarlı küçəsində yerləşən diş poliklinikasının inzibati binasına girişdə yerləşdirilmiş elektrik şitində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək binaya keçməsinin qarşısı dərhal alınıb. Nəticədə elektrik şiti yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri