22 
Yan
2017
21:37
12
184
1999
Virtual karabakh

6 otaqdan ibarət fərdi evdə yanğın olub

22 Yan, 2017
21:37
1999

6 otaqdan ibarət fərdi evdə yanğın olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada fərdi evdə yanğın baş verib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, yanğın yanvarın 22-i axşam saat 19:40 radələrində rayonun Mosul kəndində, kənd sakini Süleyman Rəcəb oğlu Məmmədova məxsus, ümumi sahəsi 156 kv/m olan kürsülü birmərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində evin dam örtüyü və tavanından 32 kv/m-lik sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Fakla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri