23 
Yan
2017
08:44
12
221
10613
Virtual karabakh

Bu gecə Bakıda güclü yanğın olub: Ölən var

23 Yan, 2017
08:44
10613

Bu gecə Bakıda güclü yanğın olub: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb.

Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri