23 
Yan
2017
14:05
25
99
3497
Virtual karabakh

Macarıstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

23 Yan, 2017
14:05
3497

Macarıstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə sonunda İtaliyada baş verən avtobus qəzası nəticəsində 16 macar məktəblinin ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

Oxu.Az APA-ya istinadən xəbər verri ki, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski dedi. Diplomat səfirliyə başsağlığı məktublarının gəldiyini söyləyib.

Hadisə ilə bağlı Macarıstanda yanvarın 23-ü milli matəm günü elan olunub.

Qeyd edək ki, yanvarın 20-də axşam Verona şəhərində baş verən qəza nəticəsində 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb. Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb. Macarıstanlı məktəblilər İtaliyaya səyahətlərini bitirib, ölkələrinə qayıdırmışlar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri