23 
Yan
2017
20:21
134
38
23837
Virtual karabakh

Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi vaxt bilindi

23 Yan, 2017
20:21
23837

Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi vaxt bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial evləri almaq üçün müraciətlərin qəbulu yaxın aylarda başlanacaq.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, dövlət başçısının fərmanı əsasında yaradılacaq “Güzəştli mənzil” sistemi mayın 1-dən işə düşəcək və elektron müraciətlər də o vaxtdan başlanacaq. Həmin vaxta qədər isə sosial evləri almaq üçün sakinlər kağız formada müraciət edə bilər.

Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakının Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Jurnalda qeyd edilir ki, bu kompleksdə bir, iki və üç otaqlı 1850 mənzil olacaq. 

Bundan başqa məlumat verilib ki, sosial mənzillərdə aylıq ödəniş oxşar evlərin kirayə haqqından artıq olmamaqla müəyyən ediləcək.

“Faktiki olaraq birotaqlı mənzillər üçün aylıq ödəniş 130-140, üçotaqlılar üçün 330-350 manatdan artıq olmayacaq”, - məlumatda deyilir.

Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda ikinci belə kompleksin inşası da planlaşdırılır. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi nəzərdə tutulur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri