24 
Yan
2017
08:46
80
22
3300
Virtual karabakh

Azərbaycanda nəsli kəsilən heyvanların sayı dəyişib

24 Yan, 2017
08:46
3300

Azərbaycanda nəsli kəsilən heyvanların sayı dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 27 ildə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan heyvanların sayı 2 dəfə artıb, növbəti illərdə isə prosesin daha da sürətlənəcəyi gözlənilir.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, “Qırmızı kitab”ın 1989-cu ilin nəşrinə ümumilikdə 107 növ heyvan adı (40 növ həşərat, 5 növ balıq, 5 növ amfibi, 7 növ sürünən, 36 növ quş, 14 növ məməli heyvan) daxil edilsə də, kitabın 2013-cü il nəşrinə 223 növ heyvan salınıb. Ötən müddət ərzində azalma ən çox məməlilər, quşlar, balıqlar arasında qeydə alınsa da, daha təhlükəli vəziyyət məməli heyvanlarla bağlıdır.

İnstitut direktoru qeyd edib ki, hazırda Azərbaycan faunasında 10 növ amfibi, 54 növ sürünən, 400 növ quş, 110 növ məməli, 20 min növ həşərat, 100 növ balıq var. Artıq məməli heyvanların 38 faizi, quşların 17, 75 faizi, balıqların 10 faizi nadir və nəsli kəsilmək təhlükəsi qarşısındadır. Ümumilikdə “Qırmızı kitab”ın son nəşrinə düşən həşərat növlərinin sayı 78, balıq növlərinin sayı 9, amfibi növlərinin sayı 6, sürünən heyvan növlərinin sayı 14, quş növlərinin sayı 71, məməli heyvan növlərinin sayı 42-ə çatıb.

2023-cü ilədək “Qırmızı kitab”ın 3-cü nəşrinin çıxmasının nəzərdə tutulduğunu deyən direktorun sözlərinə görə, növbəti nəşrdə nadir və nəsli kəsilməkdə olan heyvanların sayının daha da artacağı gözlənilir. Artıq institut tərəfindən nadir və nəsli kəsilməkdə olan heyvanların yeni siyahısının formalaşdırılmasına başlanılıb.

Həşəratların azalmasının təbiətə çox da ziyan vurmayacağı barədə səslənən fikirləri düzgün saymayan E.Yusifov qeyd edib ki, həşəratlar təbiətin çox vacib tərkib hissəsidir:

“Həşəratlar bitkiləri tozlandıraraq həm onların həyatını təmin edir, həm də digər canlılar üçün qida mənbəyi olurlar. Meşənin sanitarları olan həşəratlar çürümüş, ölmüş bioloji qalıqları parçalayır, minerallaşdırır və onların yenidən dövriyyəyə qaytarılmasında mühüm rol oynayır. Bir sıra həşəratlar əsasən quşların qida mənbəyini təşkil edir. Onlar özləri digər canlılarla qidalanaraq quşların sayını tənzimləyirlər”.

E.Yusifov qeyd edib ki, həşəratlar meyvə-tərəvəzlərin məhsuldarlığı üçün də vacib amildir:

“Həşəratlar torpağı münbitləşdirir, onu yumşaldaraq keyfiyyətini yaxşılaşdırır, oksigen nüfuzunu artırır və beləliklə də məhsuldarlığı çoxaldır. Onlar olmasa, kənd təsərrüfatı və meyvəçilikdə məhsuldarlıq olmaz”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri