26 
Yan
2017
09:23
53
746
59871
Virtual karabakh

Bakıda tanınmış psixoloq intihar etdi – YENİLƏNİB

26 Yan, 2017
09:23
59871

Bakıda tanınmış psixoloq intihar etdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Psixoterapevt Dəyanət Rzayev intihar edib.

Oxu.Az xəbər verir ki, ailə üzvlərinin APA-ya verdiyi məlumata görə, D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb.

Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.

D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.  

O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.

Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.

00:44

Psixoloq Dəyanət Rzayev intihar edib.

Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə asıb.

Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. 

O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə asıb. 
 
Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər. 

Şöbədən bildirilib ki, D.Rzayevin cəsədi az əvvəl ora gətirilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri