26 
Yan
2017
12:15
18
310
52841
Virtual karabakh

Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi

26 Yan, 2017
12:15
52841

Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Psixoterapevt Dəyanət Rzayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq. 

Yaxınlarının dediyinə görə, D.Rzayev həyat yoldaşından rəsmi qaydada ayrılıb. Onların bu nikahdan 2 övladı var. 

“O, ikinci dəfə ailə qurmağa hazırlaşırdı”, - deyə yaxınlarından biri bildirib.

Lent.az-ın məlumatına görə, onun asifiksiya, yəni kəskin tənəffüs çatışmazlığı nəticəsində həyatını itirdiyi müyyənləşib.

Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri