28 
Yan
2017
14:31
98
705
146699
Virtual karabakh

Bakıda qəbirstanlıqda dəhşətli tapıntı – FOTO + VİDEO

28 Yan, 2017
14:31
146699

Bakıda qəbirstanlıqda dəhşətli tapıntı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal qəbirstanlığı ərazisində qəribə olay baş verib. Bir nəfər anasının məzarı başından cadu aşkar edib. Belə ki, torpağı qazan şəxs bir gənc ailəyə məxsus fotolar və qara kağıza bükülmüş üzərində ərəbcə yazı olan kağız aşkar edib. 

Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, videonu çəkən şəxs şəkildəki insanları tanıyanlara müraciət edib.

“Camaat Paylaşın! Qoy şəkildəki insanlarlar bilsin və ehtiyyatlı olsun. Yasamal qəbirstanlığında anamın 3-cü cümə axşamında iş yoldaşlarımla məzarını ziyarətə getmişdik. Anamın dəfn olunduğu yerə yaxınlaşan kimi, gördüm ki, başdaşı tərəfdə torpaq dağıdılıb. İlk ağlıma gələn fikir o oldu ki, yəqin it ya pişik edib. Amma yaxınlaşıb gördüm ki, qadın ayaqqabısının izi var, şəkildə açıq və aydın görünür. Onda bildim ki, cadu basdırıblar. Nəticəsini videoya çəkmişəm. Deyirəm ki, necə də şərəfsiz və murdar insanlar var. Allah bəlanızı versin”, - deyə videonu çəkən şəxs bildirir. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri