31 
Yan
2017
20:09
29
345
25576
Virtual karabakh

Məhkum qadının acınacaqlı həyatı – VİDEO

31 Yan, 2017
20:09
25576

Məhkum qadının acınacaqlı həyatı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1989-cu ildə Şəmkir rayonunda anadan olan Zəhra İsgəndərova kasıb bir ailənin övladı olub. Atası spirtli içki aludəçisi olduğuna görə evi anası dolandırırmış. 

“Gənc qız kimi çoxlu arzularım var idi. Məni 18 yaşım tamam olmamış bibimin nəvəsinə nişanladılar. Lakin nə atam, nə də nişanlımın atası bizim ailə qurmağımıza razılıq vermədi. Nişanlıma zəng etdim ki, razılıq olmadığına görə nişanı qaytaraq. Lakin o əsəbiləşərək dedi ki, ayrıla bilmərik. 

Sonra bizə qonaq gəldilər. Nişanlımla söhbət etmək üçün gəzməyə çıxdıq. Çölə çıxan kimi məni qaçırdılar. Səkkiz aylıq hamilə olarkən yoldaşımdan ayrıldım və atamın yurduna qayıtdım. Evə qayıdandan sonra çox dəhşətli günlərim başladı. Soğan sahələrində çalışmaqla günlük 10 manat qazanırdım ki, bunun da yarısını atam və qardaşıma verirdim. Atamın araq pulunu da mən ödəyirdim. Anam Bakıda yaşayırdı. Sonunda dözmədim və uşağımı da götürüb anamın yanında gəldim”, - Zəhra deyir. 

Qadın bildirir ki, heç bir gunahı olmadan uşaq alverinə görə həbs olunur:

“Anam Bakıdakı kafelərin birində süpürgəçi işləyirdi. Artıq o həddə çatmışdım ki, uşağımı övladlığa vermək istəyirdim. Murad adlı yaxın adamımız var idi. O mənə dedi ki, bir nəfər tapıb uşağı övladlığa verərik. Yol gedərkən qarşımı bir avtomobil kəsdi. Avtomobildə olan şəxs Muradın dostu olduğunu bildirdi. 

Avtomobildə ondan başqa bir kişi və qadın var idi. Onlar uşağı övladlığa götürmək istəyirdilər. Oturdum avtomobilə. Mənə dedilər ki, uşağı onlar saxlasın, mən isə hər həftə gəlib baxaram. Lakin mən onlara dedim ki, uşağımı övladlığa vermək fikrim yoxdur. 

Arxadan mənə 10 min manat uzatdılar. Dedilər ki, özümə ev, yaxud torpaq sahəsi alaram. Onlara bir daha uşağımı verməyəcəyimi dedim. 

Avtomobildən düşən kimi məni tutdular. Burada nə etdiyimi, uşağın kim olduğunu soruşdular. Öz uşağım olduğunu dedim. Çantamı açdılar, 10 min manat çıxdı. Elə bildilər ki, uşağı satırdım. Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edildim. Nəticədə, uşağımı da əlimdən aldılar, azadlığımı da”.

S.B.
Mənbə: Femida.az
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri