14 
Fev
2017
12:40
92
79
1521
Virtual karabakh

Milli Televiziyanın yayımından 61 il ötür

14 Fev, 2017
12:40
1521

Milli Televiziyanın yayımından 61 il ötür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda Milli Televiziya günüdür.

Oxu.Az xəbər verir ki, ölkəmizdə televiziya ilk dəfə 1956-cı il fevralın 14-də yayıma başlayıb.

Həmin gün Nəcibə Məlikova ekrandan çıxışına “Göstərir Bakı!” kəlməsi ilə başlayıb. İlk yayım günündə “Bəxtiyar” bədii filmi nümayiş olunub.

Əvvəllər televiziya yayımı yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə edirdi. 1957-ci ildən etibarən Salyan, Quba, Kürdəmir və  Azərbaycanın digər bölgələrində də televiziya yayımı baş tutdu.

Hazırda Azərbaycan teleməkanında “Mədəniyyət”, “İdman Azərbaycan”, “Space”, “Lider”, ATV, “Xəzər”, “CBC” və digər telekanallar, neçə-neçə regional və internet televiziyaları fəaliyyət göstərir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri