15 
Fev
2017
15:41
54
336
5425
Virtual karabakh

Baş nazir Milli Məclisə hesabat verəcək

15 Fev, 2017
15:41
5425

Baş nazir Milli Məclisə hesabat verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hökumət mart ayında Milli Məclisə hesabat verəcək”. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, baş nazir Artur Rasizadə deputatlar qarşısında çıxış edərək Nazirlər Kabinetinin ötənilki fəaliyyətini müzakirəyə çıxaracaq.

Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

O qeyd edib ki, hesabat tanışlıq üçün 20 gün əvvəl deputatlara paylanır: “Hələlik, o sənəd bizə verilməyib”.

Hesabat zamanı müzakirə ediləcək məsələlərə dair V.Əhmədov bildirib ki, bu, əsasən, həyata keçiriləcək tədbirlərlə bağlı olacaq:

“Bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2016-cı il dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. 

Bunun icrası ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlər maraq doğurur. Ölkədə ciddi islahatlara start verilib. Azərbaycan Nazirlər Kabinetinin islahatları hansı istiqamətdə aparacağı ilə bağlı suallar çoxdur. Ümid edirəm ki, hökumətin hesabatında bu suallara aydınlıq gətiriləcək”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri