18 
Fev
2017
12:05
128
25
7473
Virtual karabakh

İstirahət gününün hava proqnozu açıqlanıb

18 Fev, 2017
12:05
7473

İstirahət gününün hava proqnozu açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstirahət günü ölkədə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə isə zəif duman olacağı gözlənilir.

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-9° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 5-7° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-10° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri