18 
Fev
2017
20:40
309
46
4901
Virtual karabakh

Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıldı

18 Fev, 2017
20:40
4901

Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndi gün ərzində kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yolunun 3000 kv.m ərazisi yoxlanılıb, 78 ədəd qəlpə aşkarlanıb, mina və partlamamış hərbi sursata rast gəlinməyib. 

15 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 evə, yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 105 266 kv.m ərazi (42 766 kv.m ərazi əl ilə və 62 500 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri