18 
Fev
2017
21:24
23
437
14174
Virtual karabakh

Bakıda 12 yaşlı qız anası tərəfindən küçəyə atıldı – VİDEO

18 Fev, 2017
21:24
14174

Bakıda 12 yaşlı qız anası tərəfindən küçəyə atıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 12 yaşlı qız anası tərəfindən küçəyə atılaraq tərk edilib.

Oxu.Az xəbər verir ki, cəmi 12 yaşı olsa da, artıq həyatın ən çətin tərəfi ilə üzləşib, valideynsiz qaldığından Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. 

Anası onu 3 gün əvvəl sığınacağın qarşısına qoyaraq çıxıb gedib. Qızcığaz anasının onu tək qoymaması üçün yalvarsa da bir faydası olmayıb. 

Bir müddət küçələrdə qalan qızcığaz artıq anasını istəmədiyini deyir. Səbəb isə təkcə sığınacağa atılması deyil, daim onun tərəfindən zorakılığa məruz qalmasıdır. 

Uşağın sözlərinə görə, yaxşı ana övladına zülm verməyən, ona qayğı göstərən insandır. 

12 yaşınadək anası onun təhsil almasına da imkan verməyib. Qızcığazın ən böyük arzularından biri təhsil alıb müəllimə olmaqdır. Ancaq hələlik reablitasiya prosesinə cəlb edilib. 

Balaca qızçığaz bununla belə, anasının gələcəyi günü səbrsizliklə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri