19 
Fev
2017
16:55
64
198
3252
Virtual karabakh

Ramil Usubov Ukraynanın baş prokuroru ilə görüşüb

19 Fev, 2017
16:55
3252

Ramil Usubov Ukraynanın baş prokuroru ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 19-da Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, görüşdə nazir son illər ərzində Azərbaycanla Ukrayna arasında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafını, cinayətkarlığa, xüsusən mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə qarşı hər iki dövlətin güc strukturlarının səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.

O, bu işdəki roluna, eyni zamanda, Ukrayna ərazisində azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərin istintaqını şəxsən nəzarətə götürdüyünə görə baş prokuror Yuri Lutsenkoya təşəkkürünü bildirib.

Ukraynanın baş prokuroru Yuri Lutsenko Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko iştirak edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri