21 
Fev
2017
12:28
77
16
1293
Virtual karabakh

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub

21 Fev, 2017
12:28
1293

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 fevral tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Resurs Mərkəzində bu ilin növbəti laboratoriya təlimi keçirilib.

Oxu.Az xəbər verir ki, fevral laboratoriyası “təbiətə sevgi” mövzusuna həsr olunub. Mövzuya uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a canlı və cansız təbiət, təbiətin mühafizəsinin əsas prinsipləri, ekosistem, heyvanların təsnifatı və onların nəslinin tükənmə səbəbləri və s. barədə məlumat verilib.

Daha sonra uşaqlar Azərbaycanın Qırmızı Kitabı ilə tanış olmuş və ora daxil olan heyvanlar haqqında maraqlı faktlar öyrəniblər.

Təlimin gedişində “kiçik ekoloqlar” bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, onların geniş marağına səbəb olan “təbiəti qoruyaq” adlı təcrübə əsnasında Azərbaycanın qoruqları və milli parkları haqqında məlumatlarla tanış olublar. 

Fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də kiçik yaşlardan təbiəti qorumağın yollarını daha yaxşı qavramaları baxımından əlamətdar olub.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün:022 264-01-50 ) əlaqə saxlamaq xahiş olunur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri