21 
Fev
2017
15:14
40
294
11167
Virtual karabakh

Bakıda dönərxana partlayıb: Xəsarət alanlar var – VİDEO + YENİLƏNİB

21 Fev, 2017
15:14
11167

Bakıda dönərxana partlayıb: Xəsarət alanlar var – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunun Zabrat qəsəbəsində dönərxanada partlayışa qaz balonunun partlaması səbəb olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 50 kvadratmetr sahəsi olan dönərxana yararsız hala düşüb.

İlkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə partlayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

13:37

Bakıda dönərxanada partlayış olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb.

Onlardan üçü kişi, ikisi qadındır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri