21 
Fev
2017
18:05
326
71
12147
Virtual karabakh

Salyanda sakinlərə hücum edən canavar öldürülüb – FOTO

21 Fev, 2017
18:05
12147

Salyanda sakinlərə hücum edən canavar öldürülüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda canavar kənd sakininə hücum edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quyçu kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 36 yaşlı Vüsal Ziyafət oğlu Abbasov səhər saatlarında qoyunları otarmaq üçün örüş sahəsinə buraxıb. Bu zaman qoyun sürüsünə tərəf canavarın gəldiyini görüb. Qoyunları qorumaq məqsədi ilə irəli çıxıb. Canavar birbaşa V.Abbasovun üstünə hücum çəkib. Bu zaman itlər Vüsalın köməyinə çatıb. V.Abbasovla canavarın mübarizəsi 20 dəqiqə çəkib. Kənd sakini canavarı xəsarət almadan zərərsizləşdirib.

Kənd sakinlərinin dediyinə görə, həmin ərazilərdə canavarlar çox olduğundan bu günlərdə bir neçə baş at yalquzaqlar tərəfindən parçalanıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri