21 
Fev
2017
16:15
191
140
22670
Virtual karabakh

ATV-dən “Yoxlama”nın efirə verilməməsi barədə açıqlama

21 Fev, 2017
16:15
22670

ATV-dən “Yoxlama”nın efirə verilməməsi barədə açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin hansı səbəbdən yayımlanmamasına aydınlıq gətirilib.

Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, iki həftədir verilişin hansı səbəbdən yayımlanmadığına ATV telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turan İbrahimov aydınlıq gətirib. Bildirib ki, verilişin yayımı dayandırılmayıb və növbəti həftədən etibarən ATV-nin efirində olacaq. 

“Hazırda verilişdə bir sıra dəyişikliklər aparılır. “Yoxlama” verilişi ictimai maraqları daha da yaxşı təmin etmək üçün təkmilləşdirilir. Gələcəkdə verilişin təkrarı belə yayımlanacaq”.

Qeyd edək ki, ATV telekanalının qalmaqallı verilişi olan “Yoxlama” iaşə obyektlərində yoxlamalar aparır. Bu da restoran rəhbərliklərinin etirazları ilə qarşılanır.

Xatırladaq ki, bir neçə gündür verilişin rəsmi “YouTube” kanalında restoranlardan birində yoxlama aparılacağına dair video paylaşılsa da, veriliş iki həftədir yayımlanmır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri