21 
Fev
2017
17:53
83
42
5059
Virtual karabakh

Bakı əhalisi hansı sudan istifadə etməyə üstünlük verir? – SORĞU

21 Fev, 2017
17:53
5059

Bakı əhalisi hansı sudan istifadə etməyə üstünlük verir? – SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Novruz bayramının ilk çərşənbəsidir. İnanca görə Su çərşənbəsi insanlara saflıq, təmizlik, təbiətə isə yeni həyat verir. Bəs gündəlik həyatda istifadə etdiyimiz su nə qədər təmizdir?

Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” bu sualla paytaxt sakinlərinə müraciət edib.

Sorğu nəticəsində məlum oldu ki, respondentlərin yarıdan çoxu (57%) kran suyundan deyil, qablaşdırılmış sudan istifadə edirlər. Suyun vəziyyəti ilə maraqlananlar əsasən qadınlardır. Belə ki, onlar qablaşdırılmış suların əsas alıcılarıdılar (63%).

Rəyi soruşulmuş respondentlərin əksəriyyəti suyu həftədə 2-3 dəfə aldığını bildirib (34%). Ayda bir dəfə alanlar da az deyil (19%). Gündə bir dəfə qablaşdırılmış sudan istifadə edənlər isə 13%-dir. Bu arada su alanların, demək olar ki, hamısı (96%) onu içmək üçün alır.

Ən çox qablaşdırılmış su 5 litr həcmində alınır (42%). 21% isə 2 litr sudan daha çox alır. 1 litr qablaşdırılmış sudan istifadə edənlər də az deyil (20%). 17% isə 500 ml suyla kifayətlənir.

Qablaşdırılmış sudan istifadə edənlər, əsasən 45-54 yaşında olan respondentlərdir (63%). Həftədə 2-3 dəfə su alanlar da əsasən bu yaş kateqoriyasına daxil respondentlərdir (39%).

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri