22 
Fev
2017
10:26
82
38
5706
Virtual karabakh

İmtahandan kəsilən abituriyentlərin tələbə olmaq şansı – VİDEO

22 Fev, 2017
10:26
5706

İmtahandan kəsilən abituriyentlərin tələbə olmaq şansı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbul imtahanlarında müsabiqə şərtlərini keçə bilməyən abituriyentlər üçün tələbə olmaq şansı yaradılır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təkliflər göndərilib.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə həyata keçirilə bilər. Bu isə abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə olacaq.

Hazırlıq fakültələrində bir il təhsil almaq 1-ci kursa qəbul edilmək üçün əsasdır.

Hazırlıq fakültələrində oxuyan bütün abituriyentlərin hamısını 1-ci kursa qəbul edilməsi real görünmür. Güman edilir ki, hazırlıq fakültələrini bitirənlərin tədris göstəriciləri nəzərə alınacaq.

Nazirliyin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, burada məqsəd müsabiqə şərtlərini keçə bilməyən abituriyentlərə ali təhsil almaq imkanları yaratmaqdır.

Müsabiqədənkənar qəbulun şərtləri və dəqiq detalları Nazirlər Kabinetinin təklifləri təsdiq etdikdən sonra məlum olacaq. Təkliflər qəbul olunacağı təqdirdə, ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri