22 
Fev
2017
13:42
93
118
7285
Virtual karabakh

Azərbaycanda elektron çobanlar fəaliyyətə başlayır – VİDEO

22 Fev, 2017
13:42
7285

Azərbaycanda elektron çobanlar fəaliyyətə başlayır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elektron çoban” insanları əvəz edir.

Oxu.Az baku.ws-ə istinadən verdiyi xəbərdə bildirilir ki, zaman keçdikcə artıq müxtəlif işlərdə insan əməyinə ehtiyac qalmayıb.

Müasir texnologiyanın inkişafı artıq qoyunların da elektron üsulla otarılmasına imkan verir. Elektron çobanın xidmətindən istifadə edərək fermerlər rahatlıqla digər işləri ilə məşğul ola bilərlər. Bu qurğunun sayəsində isə mal-qara otlaq sahələrində təhlükəsiz şəkildə otlayırlar.

Kənd sakinlərinin öz icadları olan “elektron çoban” məftildən və elektrik cərəyanı ötürən qurğudan ibarətdir. Ərazini əhatə edən məftillər zəif elektrik enerjisi ilə təmnin olunur. Bu məftilə toxunan heyvanı elektrik vurur, nəticədə də heyvan qorxaraq geriyə qayıdır. Onu da qeyd edək ki, bu zaman heyvanlara heç bir zərər toxunmur.

Aran rayonlarında çox tətbiq edilər bu qurğununu necə işlədiyi haqda videonu sizə təqdim edirik.

Video: Space TV

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri