22 
Fev
2017
14:59
21
81
2879
Virtual karabakh

“WoWoman” platforması 2 illiyini qeyd edib – FOTO + VİDEO

22 Fev, 2017
14:59
2879

“WoWoman” platforması 2 illiyini qeyd edib – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WoWoman” qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.

Oxu.Az xəbər verir ki, xanımların fərdi və peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılan platforma 2 il ərzində 6500-dən çox iştirakçı ilə 100-dən çox tədbir, 15 uzunmüddətli proqram təşkil edib və 17500 müraciət alıb.

“WoWoman” fəaliyyətinin ikinci ilini təntənəli tədbirlə qeyd edib. “Fairmont Baku” hotelinin dəstəyi ilə 19 fevral tarixində keçirilən tədbirdə media nümayəndələri, tanınmış qonaqlar, təlimçilər, səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçiləri iştirak etmişdir.

Tədbir zamanı il ərzində Tech-Tech Xanım İT sahəsində çalışan xanımlar üçün təşkil olunan proqramlar, bu il fəaliyyətə başlayan iki layihə - “WoWenture” sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün “HR Academy” layihəsi və digər tədbirlər haqqında məlumat qonaqlarla paylaşıldı.

Platformanın təsisçisi Zara Apetrei Hüseynovanın qeyd etdiyi kimi, bu il “WoWoman” platforması Gəncə şəhərində öz nümayəndəliyini təsis etmişdir və orda yaşayan xanımlar üçün artıq 2 tədbir – “Sıfırdan başla” və “LimitSizsiniz” baş tutmuşdur. Gəncə şəhərində və digər regionlarda yaşayan xanımların inkişafına töhfə vermək məqsədilə bu tədbirlərin davam etdiriləcəyi açıqlanıb.

İkinci ilində ən böyük nailiyyəti isə “WoWoman” platformasının xarici ölkələrdə fəaliyyətə başlaması və Ukrayna, Belarus, Qırğızıstan, Pakistan nümayəndəliklərinin yaradılmasıdır.

Zara Hüseynova: “Biz bütün yaratdığımız nümayəndiliklərə Azərbaycanda “WoWoman” platformasının uğurundan danışırıq və cəmiyyətdə etdiyimiz müsbət dəyişiklikləri qeyd edirik. Bu isə öz növbəsində, dünya xanımlarının diqqətini çəkir və öz ölkələrində də eyni istiqamətdə tədbirlər və kurslar təşkil etməyə başlayırlar.

Bişkekdə keçirdiyimiz ilk tədbirdə 350+ müraciət aldıq, 150 xanım iştirak etdi və “WoWoman” Azərbaycanın fəaliyyəti haqqında məlumat əldə etdi. Bizim üçün bu fəxrdir.

Növbəti ildə, hazırda davam edən “WoWenture”, “HR Academy”, “Events and Express yourself” layihələri ilə yanaşı, dünyanın daha 20 ölkəsində platformanı təsis etməyi, yeni “Pro in Projects” layihənin idarəedilməsi proqramını və “WoWideo” film çəkmək üzrə proqrama başlayacağıq.

Həmçinin, xanımlarda özlərinə inamı artırmaq və mentorluq vasitəsilə onlara yeni biliklər öyrətmək məqsədilə ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “WoWoman in Me” layihəsinə start veriləcək”.

Daha sonra xanım Hüseynova, hazırda Kaliforniyada Silikon Vadisində təhsil aldığı proqramda öyrəndiklərinin platformanın daha da inkişaf etməsinə, dünyanın bir çox ölkələrində fəaliyyətə başlamağa və daha çox xanımın həyatını müsbət dəyişməyə kömək edəcəyinə inandığını qeyd edib. 

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri