22 
Fev
2017
16:37
84
25
4899
Virtual karabakh

Bakıda şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

22 Fev, 2017
16:37
4899

Bakıda şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 5-də keçiriləcək 9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsində iştirak edən şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Şagirdlər http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayanlar buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri