22 
Fev
2017
19:24
19
485
40500
Virtual karabakh

Neft Daşlarında bədbəxt hadisə baş verib

22 Fev, 2017
19:24
40500

Neft Daşlarında bədbəxt hadisə baş verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.

R.Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri