23 
Fev
2017
10:26
15
382
8806
Virtual karabakh

Bayram gəlməmiş bahalaşma başladı – VİDEO

23 Fev, 2017
10:26
8806

Bayram gəlməmiş bahalaşma başladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayram süfrəsini çərəzlə bəzəmək istəyənlər indidən bazarlara üz tutublar.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, insanlar bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından alış-verişə başlayıblar.

Vitrinlər bir-birindən fərqli çərəzlərlə dolub. Hərəsinin isə öz qiyməti var. Məsələn, Zaqatala, Xaçmaz və Qazaxdan gələn qabıqlı fındığın 1 kq-nın qiyməti 7-8 manat olduğu halda, ləpəsi 15-20 manata satılır. Qabıqlı qoz maksimum 13 manata satıldığı halda, ləpəsinin qiyməti 15-28 manat arasında dəyişir.

Kiloqramı 12 manata olan quru badam, 9 manata satılan alma qurusu, 14 manata turş gilas və çiyələk qurusuna da maraq böyükdür.

Kişmişin kiloqramı 6-10, qaysı 14-16, Albuxara 7, gavalı 12, alça 9 manata təklif olunur. Bayrama yaxın qiymətlərin artacağı da istisna edilmir.

Satıcılar Novruz bayramı üçün xarab olmayan ərzaqların indidən tədarükünü məsləhət görürlər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri