23 
Fev
2017
14:18
20
507
19007
Virtual karabakh

Lerikdə qar uçqunu: Bir ailənin 4 üzvü ölüb – YENİLƏNİB

23 Fev, 2017
14:18
19007

Lerikdə qar uçqunu: Bir ailənin 4 üzvü ölüb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik rayonunda qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 20015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

13:13

Lerik rayonunda qar uçqunu baş verib.

Oxu.Az xəbər verir ki, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi ölüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri