24 
Fev
2017
12:58
17
187
2769
Virtual karabakh

Tovuzda şagirdlər 8 kilometr kənara getməyə məcburdurlar – VİDEO

24 Fev, 2017
12:58
2769

Tovuzda şagirdlər 8 kilometr kənara getməyə məcburdurlar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir kənddə olan 2 məktəbin hər ikisi 11 illik tam orta təhsildən 9 illik natamam orta təhsilə keçir. Uşaqlara isə təhsillərini 8 kilometr aralıda yerləşən başqa məktəbdə davam etdirmək təklif edilir.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Tovuzun Alakol kəndində təhsil alan şagirdlərin valideynləri isə bu haldan narahatdır. 

Tovuz Rayon Təhsil Şöbəsindən isə bildirildi ki, məktəblərin 9 illik sistemə keçirilməsi Təhsil Nazirliyinin tətbiq etdiyi şərtlərlə həyata keçirilir. Belə ki, infrastrukturu, müəllim kontingenti həmin şərtlərə uyğun olmayan təhsil ocaqlarında da növbəti ildən 9 illik sistemlə tədris aparılacaq.

Qeyd edək ki, hazırda Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır.

Oxu.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri