24 
Fev
2017
16:04
248
35
1336
Virtual karabakh

Deputatlar Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasını təklif ediblər

24 Fev, 2017
16:04
1336

Deputatlar Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasını təklif ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatı Musa Qasımlı və Rafael Cəbrayılov Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasını təklif edib.

Oxu.AzReport”-a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında M.Qasımlı bildirib ki, bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımları da özündə əks etdirməlidir.

O qeyd edib ki, Xocalı faciəsi ilə bağlı təbliğat işləri gücləndirilməlidir.

Deputat Rafael Cəbrayılov çıxışında deyib ki, Azərbaycan xalqı soyqırıma məruz qalan xalqdır: 

“Təəssüflər olsun ki, soyqırımı özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur. Şəhidlər xiyabanı ziyarət edilir, bu, yaxşı addımdır. Sanki Xocalı soyqırımı bir qədər arxa planda qalır. Təklif eirəm ki, Şəhidlər xiyabanında soyqırımı özündə əks etdirən memorial kompleks salınsın”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri