24 
Fev
2017
22:06
304
36
14512
Virtual karabakh

Azərbaycanın ən yaşlı sakininin neçə yaşı var? – VİDEO

24 Fev, 2017
22:06
14512

Azərbaycanın ən yaşlı sakininin neçə yaşı var? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ən yaşlı vətəndaşı özündən 4 nəsil sonrakı övladları ilə xoşbəxtdir.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, ölkənin ən yaşlı sakini olan Vəsmə Abbasova Lənkəranın Gərmətük qəsəbəsində yaşayır. 

Tam dəqiqləşdirilmiş məlumata əsasən, nənənin 104 yaşı var. Vəsmə Abbasovanın 7 övladı, 27 nəvəsi, 46 nəticəsi və 8 kötücəsi var. 

Qadının ana və bacıları da 90 ildən çox yaşayıblar. 

Ölkənin ən yaşlı sakini ev işləri ilə özünün məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir. 

V.Abbasova yaşına baxmayaraq səhhətində problem olmadığını deyir.

Qadının pasportunda yaşı 106 göstərilsə də, Fiziologiya İnstitutunun tədqiqatları pasport yaşına əsasən aparılmayıb. 

Tədqiqat heyətinin üzvü olmuş Sevinc Hüseynova qeyd edir ki, yaşın dəqiqləşdirilməsi üçün xüsusi üsullardan istifadə ediblər. 

Aparılmış testlər göstərib ki, 104 yaşlı qadının yaddaşında heç bir problem yoxdur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri