25 
Fev
2017
21:10
150
793
47264
Virtual karabakh

Turan İbrahimov: Portakal hər zamankı kimi portağallıq edib

25 Fev, 2017
21:10
47264

Turan İbrahimov: Portakal hər zamankı kimi portağallıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“FOX TV-nin aparıcısı Fatih Portakalın patoloji AKP və Ərdoğan düşməni olduğu məlumdur”.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, bu fikri deyən teleaparıcı Turan İbrahimovun sözlərinə görə, Portakal qərəzliyi ilə ad çıxarmış birisidir: “Müəyyən məsələlərdə fikirlərini əsaslandırmaq üçün söz oynatmağı, qavramları təhrif etməyi və nəticədə ictimai rəydə çaşqınlıq yaratmağı çox gözəl bacarır. Tam bir təxribatçıdır və sosial şəbəkə trollarına yaxşıca pas atmağı, həngamə qoparmağı əla bacarır. O adamın işi-gücü Türkiyədəki sağtəmayüllü siyasi cərəyanlar, indiki məqamda isə konkret olaraq Ərdoğandır. Ərdoğana ziyan olsun deyə, üçüncü dünya müharibəsi belə başlatmağa hazır olan biridir. 

O ki qaldı Azərbaycanda birinci vitse-prezident təyinatı ilə bağlı şərhinə və göstərdiyi süjetə, başdan sona söz oyunu, təhrifetmə və ara qarışdırmadır. Gah deyir ki, bir qərarla filankəs təyin edildi, sonra deyir ki, Ana Yasada bir qərarla yeni maddə yaradıldı. Sonra deyir ki, referendum oldu və s. Dediklərinin hamısı bir-birilə ziddir. Burada əmin olun ki, hər zamankı kimi söz oynatmaqla fitnəkarlıq etməkdən başqa o adam heç bir qəhrəmanlıq etməyib. Qısacası, kişinin oğlu Ərdoğana başağrısı yaradıb və həm də Türkiyədəki referendum öncəsi seçiciləri çaşdırıb. Yəni hər zamankı kimi portağallıq edib”.

T.T

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri