27 
Fev
2017
18:30
39
226
2708
Virtual karabakh

Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb

27 Fev, 2017
18:30
2708

Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həftəsonu Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunub.

Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, şimal-qərb küləyi ötən gün paytaxtda daha da güclənib.

Onun sözlərinə görə, fevralın 26-da küləyin sürəti saniyədə 30-32 metrə çatıb: 

“Bu gün arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunub. “Küləklər şəhəri” deyilən Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri