Mar
2017
10:41
698
208
50372
Virtual karabakh

Bakıda yol polisinin saxladığı sürücü öldü – VİDEO + YENİLƏNİB

3 Mar, 2017
10:41
50372

Bakıda yol polisinin saxladığı sürücü öldü – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 4-ü saat 12 radələrində Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 1961-ci il təvəllüdlü Əsgər Muradovun idarə etdiyi “Nissan” markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.

Oxu.Az Qafqazinfo-ya açıqlama verən qohumu Nurəddin Həsənov bildirib ki, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub:

“Polis ona deyib ki, sən “avtoş”luq edirsən. Bu da cavabında “sənin atan yaşdayam, mən “avtoş”luq edənəm?” deyib və bundan sonra aralarında mübahisə olub. Bunları Əsgər müəllim özü qohumumuz Rövşənə zəng edib deyib. O, Rövşənə deyib ki, polis mənə belə sözlər deyir, avtomobilin açarını almaq istəyir, ürəyim sancır, gəl məni apar. Videodan da görünür, Əsgər Muradov sonra nəqliyyat vasitəsinin qarşısına keçir və yıxılır.

Ekspertizada dedilər ki, infarkt keçirib. Amma onu infarkt səviyyəsinə gətirən var. Əsgər müəllim polislə olan dialoqunu videoya çəkib. Polis görüb ki, öldü, onun telefonunu götürüb hər şeyi silib. Onun ürəyi xəstə idi, bu gün (martın 6-da) müalicə üçün İrana gedəcəkdi. O, Rusiya vətəndaşıdı, daim orada yaşayırdı. Oğluna toy etmək üçün Bakıya gəlmişdi”.

N.Həsənov bildirib ki, hadisə barədə televiziya kanallarına yalnış məlumat verilib: “Televiziyada deyiblər ki, guya sürücünün halı pisləşib, yol polisi əməkdaşları tibbi yardım göstərib və ölümün qarşısını alıblar. Necə qarşısını alıblar ki, bu gün üç mərasimidir? Həm də o hadisə yerində vəfat edib, oradan birbaşa morqa aparılıb. Onu bu hala salan yol polisi əməkdaşının ad-soyadını, hələ ki bilmirik. Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinə məxsus “267” seriyalı avtomobildə olub. Sabah rəsmi qurumlara şikayət edəcəyik”.

04.03.2017 (14:24)

Ziya Bünyadov prospektində təxminən 30-40 yaşlarında kişi qıcolma keçirib.

Oxu.Az PrimeTime.Az-a istinadən xəbər verir ki, hadisə yerinə Yol Patrul xidmətinin əməkdaşları özünü yetirib. 

Təcili yardımın gecikdiyini görən 99 YP 267 dövlət qeydiyyat nişanlı avtomobilin Orxan adlı polis əməkdaşı vətəndaşa ilkin tibbi yardım göstərib.  

Sözügedən görüntüləri təqdim edirik:

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri