Mar
2017
21:14
417
45
12690
Virtual karabakh

Ayının hücumuna məruz qalan Şəki sakini sağ qalıb

7 Mar, 2017
21:14
12690

Ayının hücumuna məruz qalan Şəki sakini sağ qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə 50 yaşlı kişini ayı dişləyib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb. 

Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. 

Məlum olub ki, M.Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.

Xəstəxanada yaralıya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri