10 
Mar
2017
22:31
25
390
7225
Virtual karabakh

Oğuzda itlər şagirdlərə hücum etdi – VİDEO

10 Mar, 2017
22:31
7225

Oğuzda itlər şagirdlərə hücum etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibsiz itlər yenə də dişlərinin gücünü sınayıb. 

Oxu.Az-ın ARB TV-yə istinadən xəbərinə görə, hadisə Oğuzun Padar kəndində məktəbdə baş verib. 

Vəhşi itlər məktəblilərə hücum çəkiblər. İnsident səhər saatlarında məktəbin həyətində qeydə alınıb. Yaxınlıqda olan müəllim və valideynlərin köməkliyi ilə uşaqlar itin əlindən alınıb. Hadisədən sonra məktəblilər dərhal xəstəxanaya çatdırılıb.

Uşaqlara ilkin tibbi yardım göstərilib, vaksin vurulduqdan sonra evə buraxılıblar. Sakinlər bildirir ki, buna bənzər hadisə kənddə dəfələrlə baş verib.

Bununla bağlı aidiyyatı qurumlara da məlumat verilib. Hadisədən sonra isə təbii olaraq, uşaqlar məktəbə təşviş içində gedib-gəlir.

“İt məktəbdə dişlədi. Müəllim dedi ki, çıxıb 2 saat oynayun. Uşaqlarla oynadığım yerdə it dişlədi”, - xəsarət alan Murad Ustakişiyev deyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri