17 
Mar
2017
13:35
15
298
7661
Virtual karabakh

Deputatın qardaşı oğlu məhkəmə zalından azadlığa buraxılıb

17 Mar, 2017
13:35
7661

Deputatın qardaşı oğlu məhkəmə zalından azadlığa buraxılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, N.Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. O, vətəndaşları işə düzəltmək adı ilə 30 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə iclasında məlum olub ki, N.Əhmədov dəymiş zərəri ödəyib.

Xatırladaq ki, N.Əhmədov deputat Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur. Daha əvvəl N.Əhmədovun bacısı Nigar Əhmədova da dələduzluqda təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri