18 
Mar
2017
11:42
61
230
11570
Virtual karabakh

Bakıda turizm agentliyindən maraqlı təklif: Həbsxanada bir gecə

18 Mar, 2017
11:42
11570

Bakıda turizm agentliyindən maraqlı təklif: Həbsxanada bir gecə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yerləşən turizm agentliklərindən biri maraqlı turpaket təşkil edir.

Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, şirkət ənənəvi səyahət paketlərindən sıxılanlara xarici ölkələrdə yerləşən həbsxanalarda bir gecəlik turpaketlər təklif edir. 

Belə ki, fərqlilik axtarışında olanlar bu təklifi dəyərləndirə biləcəklər. Turizm agentliyinin təklifində yalnız təkbaşına səyahət şərti qoyulub.

“Eyni tərz səyahətlər darıxdırıcı gəlir? O zaman sizi 5 ulduzlu hotelə deyil, təkbaşına xaricdəki həbsxanada gecələməyə yollayırıq. Ətraflı plan cızmaq üçün ofisimizdə yolunuzu gözləyirik”, - deyə agentliyin elanında deyilir.

Qeyd edək ki, bu qeyri-adi səyahət sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Təklif əksər insanların diqqətini çəkə bilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri