20 
Mar
2017
14:51
534
38
9752
Virtual karabakh

Azərbaycana bahar gəlib – YENİLƏNİB

Oxu.Az-ın xəbərinə görə, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, bahar martın 20-si saat 14:29 radələrində ölkəyə qədəm basıb.

O bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib.

09:53

Bu gün Azərbaycan ərazisinə bahar gəlir. 

Oxu.Az xəbər verir ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun “Report”a baharın gəlişinin Bakı vaxtı ilə təxminən saat 14:29-da baş verəcəyini bildirib.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək: 

“Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edəcək”.

S.B.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri